15 aprel 2016 21:01
177

“Azneft” İstehsalat Birliyində növbəti seminar keçirilib

“Azneft” İstehsalat Birliyində “Quyuların əsaslı və yeraltı təmiri briqadalarına təhlükəsiz iş üsullarının öyrədilməsi” mövzusunda seminar keçirilmişdir.

2016-cı ildə “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş işlər, quyuların əsaslı və yeraltı təmiri zamanı ümumi təhlükəsizlik tələbləri, o cümlədən riskin qiymətləndirilməsi qaydaları, maarifləndirmə işləri, təlim-məşqlərin keçirilməsi, qəzaların ləğvi planı, həmçinin təmir zamanı istifadə olunan qurğuların, alət və avadanlıqların təhlükəsiz istismarı üzrə əsas tələblər haqqında məruzələr dinlənilmiş, qəzalı quyularda təmir işlərinin aparıldığı zaman neft-qaz-su təzahürünə qarşı təlim-məşqlərin keçirilməsi və baş verə biləcək qəzaların ləğvi planına əsasən maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti vurğulanmışdır. 

Seminarın sonunda Baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov tədbirə yekun vurmuş, əməyin mühafizəsi sahəsində görülən işlərə hər bir işçinin fəal şəkildə cəlb olunmasının vacibliyindən söz açmışdır.