12 aprel 2018 23:50
1375

Niyə kişilər xəstəliyi daha “ağır” keçirirlər?

Qadın xəstələnən zaman xəstəlik kağızını həkimə getmək üçün alır, lakin bununla yanaşı, yığılıb qalan ev işlərini də qaydasına qoymağa başlayırsa, kişilərdə isə bu əksinə olur. Onlar yataq rejiminə keçərək, hətta 37,2 dərəcə temperaturda belə özlərini ağır xəstə kimi hiss edirlər. Yəgin ki, bu, bir çoxlarına tanış səhnədir. Həqiqətənmi kişilər xəstəliyi ağır keçirirlər? Və yaxud bu onların kaprizidir?

Sən demə, belə bir təzahürün iki  tərkibi var: tibbi və psixoloji. Bu iki anlayış təbiətin qadını daha güclü yaratdığını başa düşmək imkanını verir.

ABŞ-ın Roçestr şəhərinin məşhur Meyo klinikasında aparılan araşdırmaların nəticəsinə görə, kişilərdə xəstəliyin sağalma prosesi qadınlara nisbətən zaman tələb edir.

Daha ətraflı araşdırma xəstəliyin ağır keçməsi səbəbini  müəyyən etmək imkanı verib. Belə ki, kişilərdə kişi hormonu nə qədər çox olarsa, bir o qədər immunitet zəif olur.

Bununla yanaşı, britaniyalı həkim professor Piter Conson  bildirib ki, kişi hormonu nə qədər yüksək olursa, orqanizm bakteriya və viruslarla mübarizədə zəif olur.

Orqanizmdə immunitet gücləndiyi zaman testesteron hormonu aşağı düşür. Qadınlarda isə immunitet demək olar ki, yüksək olur. Deməli, güclü immunitet, avtoimmunitet xəstəlyinin yaranmasına təsir edərək orqanizmə zərər verə bilər.

ABŞ-da yaşayan professor Sabra Kleyn hesab edir ki, kişi orqanizmi bədənə daxil olan virus və mikroblara qarşı daha aktiv reaksiya verir. Bu həddindən artıq reaksiya xarici görünüşün daha da əzgin görsənməsinə səbəb olur. Qadınlar isə bu görünüşü şıltaqlıq kimi qəbul edirlər.

Lakin kişi şıltaqlığına psixoloqlar bəraət qazandırıblar. Araşdırmalar göstərir ki, orta statistik kişi, orta statistik qadına nisbətən daha az həkimə müraciət edir.

Kembric Universitetinin alimləri belə bir nəzəriyyə irəli sürüblər ki, kişilərin daha riskli fəaliyyətə meyilli olmaları səbəbindən təkamül onların  immunitet sistemini zəiflədib.

Könül Əliyeva, “İki sahil”