Çində sahibi tərəfindən xüsusi olaraq təlim keçirilən quşun görüntüləri sosial şəbəkədə gündəm yaradıb. Evdə açıq qalmış pəncərədən çıxan quş bir neçə saat sonra ağzında pulla evə qayıdıb və şkafın siyirməsini açaraq pulu digərlərinin yanına qoyub. İnternetdə yayılan bu görüntülərə bir çox şərhlər yazılıb.
Qeydə alınan görüntü Reddit-də paylaşılarkən sosial şəbəkənin diqqətini çəkib. 13 milyon baxış sayına çatan görüntülərdə quşun açıq pəncərədən çölə çıxıb dimdiyində pulla geri qayıtması anları yer alıb.
Sosial şəbəkə istifadəçilərinin çoxu görüntülərdən sonra sahibinin quşa verdiyi xüsusi təlimlə maraqlanıb.
Bəzi sosial şəbəkə istifadəçiləri bu görüntülərlə bağlı rəylər yazıb.
“Bu quşu haradan tapa bilərik? Mən ikisini istəyirəm”, - deyə həmin şərhlərdə qeyd olunub.
Başqa bir sosial şəbəkə istifadəçisi əlavə edib: “Məncə, bu pulun böyük hissəsi küçə satıcılarının piştaxtalarından götürülüb”.
Vüsal Cahanov, “İki sahil”