Azərbaycanda Macarıstanın 24 şirkəti fəaliyyət göstərir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycan XİN başçısı macar həmkarı ilə keçirdiyi görüşü səmərəli adlandırıb.
"Bu gün görüşümüzdə ölkələrimiz arasında müxtəlif sahələrdə, siyasi, iqtisadi, enerji, mədəni, turizm, idman, əczaçılıq sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Biz iqtisadi əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını araşdırdıq. Bu gün Azərbaycanda 24 macar şirkəti fəaliyyət göstərir ki, bu şirkətlərin 14-ü enerji, kənd təsərrüfatı, nəqliyyat və digər ticarət xidmətləri sahəsində fəaliyyət göstərir", Ceyhun Bayramov bildirib.
XİN rəhbəri deyib ki, iki ölkə arasında birbaşa uçuşların olması turizm əlaqələrinin daha da inkişafına təkan verəcək.
Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub
Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub
Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib