05 sentyabr 2023 14:52
274

Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.

“İki sahil” xəbər verir ki,  Boris Kolları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.