Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəmizin müdafiə sənayesi naziri Mədət Quliyev və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün qardaş Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla çox məhsuldar görüşümüz baş tutdu”, - paylaşımda qeyd edilib.
Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub
Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub
Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib