05 sentyabr 2023 18:39
343

Zaxarovadan Paşinyana cavab: Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq lazımdır - VİDEO

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanı öz əməllərinə görə məsuliyyət daşımağa, günahkarlar axtarmamağa çağırıb.

“İki sahil” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq lazımdır. Günahı başqasının üzərinə atmamaq, məsuliyyəti öz üzərinə götürməyi bacarmaq lazımdır. Siyasətçi, dövlət xadimi ilə ölkənin mənafeyini düşünməyən, yoldan keçən adamın fərqi budur. Əks halda bu, bir az pis rəqqas haqqında hekayəyə bənzəyir”, - M.Zaxarova bildirib.