06 sentyabr 2023 13:23
417

Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb, regional məsələləri müzakirə edib- FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla görüşüb, regional məsələləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç-Radmanın geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və regional məsələlər müzakirə edilib",- paylaşımda qeyd edilib.