Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
XİN-dən "İki sahil"ə verilən xəbərə görə, görüşdə regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.
Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik