06 sentyabr 2023 15:17
235

XİN: Ermənistanın Azərbaycanın təkliflərinin rədd etməsi, “humanitar vəziyyət” barədə iddiaları siyasi manipulyasiyadır

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

XİN-dən "İki sahil"ə verilən xəbərə görə, görüşdə Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb.

Azərbycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb.