Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.
XİN-dən "İki sahil"ə verilən xəbərə görə, nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb. Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükəsizliyə təhdid yaratdığı bildirilib.
Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik