06 sentyabr 2023 15:47
235

Xorvat şirkətlərinin azad edilmiş ərazilərdə reallaşdırılan layihələrdə iştirakı müzakirə edilib

Xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri ilə görüşüb.

XİN-dən "İki sahil"ə verilən xəbərə görə, görüşdə post-münaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.