"İki ölkə arasındakı əlaqələr dostluq və əməkdaşlıq münasibətlərinə dayanır".
“İki sahil” xəbər verir ki, bunu Serbiyanın ailə rifahı və demoqrafiya nazirinin köməkçisi Sandra Qrujikic “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əhalinin sosial xidmətlərdən daha çox faydalanması iki ölkənin qarşısında duran əsas hədəflərdəndir.
Nazir köməkçisi bildirib ki, iki ölkənin qarşlıqlı şəkildə sosial xidmətlərin təminatı sistemindən yararlanması öz təzahürünü yaxın zamanlarda göstərəcək: "Sosial xidmətlər sahəsində əldə edilən nailiyyətlər xüsusi qeyd olunmalıdır. Dünya üzərində uzun müddət cərəyan edən COVID-19 pandemiyasının törətdiyi fəsadların qarşısı hələ də alınmayıb. Buna qarşı ciddi tədbirlər görülməlidir. Dünyada təxminən 84 milyon uşaq məktəb davamiyyətindən məhrumdur. Serbiyanın sosial müdafiə sistemi işsizliyə qarşı mübarizə tədbirlərinə da addımlar atır".
Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır - Prezident İlham Əliyev
Etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirən səfər