Yəhudi icması Azərbaycan cəmiyyətinin bir hissəsidir. Biz fəxr edirik ki Azərbaycanın tarixində antisemitizmlə bağlı heç bir hal yaşanmayıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24news" telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, yəhudi icmasının Azərbaycanın mədəniyyətinin, dövlətçiliyin çiçəklənməsinə inkişafına verdiyi töhfə yüksək dəyərləndirilir.
“Ən çətin zamanlarda, İkinci Dünya Müharibəsi illərində yəhudilər Sovet İttifaqının şərqindən və qərbindən Azərbaycana miqrasiya edib, biz ağır zamanlarda öz çörəyimizi yəhudi qardaş-bacılarımızla bölüşmüşük”.
Hikmət Hacıyev deyib ki, Azərbaycanda yaşayan yəhudi icması bu ölkənin İsraillə əməkdaşlığının güclənməsinə də ciddi töhfə verir.
Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır - Prezident İlham Əliyev
Etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirən səfər