Son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına və əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Economist” jurnalına ünvanladığı məktub dərc edilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Britaniyadakı səfirliyindən verilən məlumata görə, cavab məktubdunda qeyd olunur ki, əslində Laçın yolu ətrafında baş verən proseslər ermənilərin daxili siyasi qarşıdurmasının nəticəsidir. Radikal və separatçı ermənilər Azərbaycanın Qarabağ bölgəsində erməni əhalini girov tutaraq süni şəkildə yaratdıqları humanitar “fəlakətdən” istifadə etməklə və məsələni siyasiləşdirməklə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına mane olmağa çalışırlar. Separatçılar tərəfindən Ağdam yolunun bağlanması və Azərbaycanın göndərdiyi humanitar yardımdan imtina edilməsi buna əyani sübutdur.
Eyni zamanda bildirilir ki, separatçıların bu siyasi şousu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verir.
Həmçinin vurğulanır ki, çoxmillətli ölkə olaraq Azərbaycan digər vətəndaşları kimi yerli ermənilərə bərabər hüquqlu inteqrasiya təklif edir. Azərbaycan və Ermənistana arasından sülhün əldə edilməsinin regionda sabitliyin və rifahın yeganə çıxış yolu olduğu vurğulanır. Əks təqdirdə erməniləri yalnız qeyri-sabitlik və tənəzzül gözləyir.
Etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirən səfər
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB/FOTO
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib