08 sentyabr 2023 13:52
286

XİN başçısı: Gərgin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut edilib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda gərgin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübuta yetirilib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Beerbok ilə telefon danışığında deyib.

O vurğulayıb ki, Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsini humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübuta yetirir.