“Ermənistan Rusiyanı Türkiyə və Azərbaycana qarşı qoymaq kimi iki əsrlik strategiyasının nəticə vermədiyinə görə qəzəblidir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X” hesabında yazıb.
Diplomat bildirib ki, İrəvana yeni strategiya lazımdır, amma o da mövcud deyil:
“Ermənistan qəzəblidir və bunun səbəbi bəllidir. Görür ki, Rusiyanı Türkiyə və Azərbaycana qarşı qoymaq kimi 2 əsrlik strategiya, Azərbaycanın hesabına əraziləri genişləndirilmə planı, SSRİ/Rusiya və Qərbin diplomatik, eləcə də maliyyə yardımlarının geosiyasi dəstəyi ilə parazitlik etmək cəhdləri heç bir nəticə vermir. Yeni strategiya lazımdır, o da yoxdur”.
is angry, it’s clear why: 2-centuries long strategy of setting Russia against &, territorial expansion at the expense of Azerbaijan, parasitising on geopolitical support of USSR/ & Western diplomatic & financial aid doesn’t work. New strategy is needed, but there is none pic.twitter.com/nTFb0xLiJe
— Rahman Mustafayev (@rahman2609m) September 8, 2023