“Ermənistan Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün istifadə etdi. Bu istiqamətdə bizim heç bir çağırışımıza məhəl qoyulmadı və Azərbaycanın legitim və faktlara əsaslanan narahatlığını aradan qaldırmaq üçün heç bir tədbir görülmədi”.
“İki sahil” xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib.
“23 aprel 2023-cü il tarixində Azərbaycan bu yoldan sui-istifadə hallarının qarşısının alınması, eyni zamanda sərhəddən hüquqi, şəffaf və tənzimlənən keçidin təmin edilməsi məqsədilə dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi təsis etdi. Bütün ittihamlara baxmayaraq, sərhəd-buraxılış məntəqəsi çox həssas şəraitdə nümunəvi şəkildə fəaliyyət göstərirdi”, - əlavə olunub.