Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyidir.
“İki sahil” xəbər verir ki, bu barədə xarici işlər naziri Caeyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borel ilə telefon danışığı zamanı bildirib.
Nazir Ermənistanın Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadəni davam etdirməsi barədə ətraflı məlumat verilərək, hal-hazırda heç bir əsas olmadan “bölgədə humanitar vəziyyət” barədə yaydığı iddiaların siyasi manipulyasiya olduğu bildirilib.
Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda yüklərin daşınması barədə əldə edilmiş razılığa baxmayaraq, bu razılıqların pozulmasının və daşınmalara qarşı törədilən maneçiliyin bunu bir daha sübut etdiyi diqqətə çatdırılıb.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb