10 sentyabr 2023 12:44
285

XİN Qarabağdakı qondarma "seçkiləri" pisləyən ölkələrə təşəkkür edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Konfransı Təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləməklə bağlı mövqeyinizi yüksək qiymətləndiririk", - Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.