19 aprel 2016 19:56
106

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1954 saylı estakadayanı meydançadan 2688 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul vermiş, 1331-1320 metr intervaldan sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.