Azərbaycan və Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətləri olduqca yüksək templə güclənir və demək olar ki, bu münasibətlər yeni mərhələyə qədəm qoyub.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstanin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qazaxıstan səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masa zamanı çıxışında deyib.
Səfirin sözlərinə görə, ölkələrimiz arasında münasibətlərin inkişafına xalqlarımız arasında dərin tarixi köklərə malik olan qardaşlıq və dostluq öz töhfəsini verir , lakin burada ölkələrimizin liderlərinin səfərləri və qarşılıqlı münasibətləri olduqca mühüm yer tutur: "Bildiyiniz kimi ötən ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib. Bu il Azərbaycanın Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olub. Bu səfərlər iki qardaş , dost ölkənin əlaqələrinin inkişafı üçün , intensivləşməsi üçün katalizator rolunu oynayır ".
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb