11 sentyabr 2023 14:20
261

Səfirlik: Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-ın yanında olmasını heç vaxt unutmayacağıq

ABŞ-ın Azərbaycandakı Səfirliyində 11 sentyabr hücumlarının ildönümü qeyd edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Səfirliyin “X” (keçmiş Tvitter) platformasında məlumat verilib.

“Bu gün müvəqqəti işlər vəkili Hüqo Qevara başda olmaqla Səfirlik əməkdaşları 11 sentyabr hücumlarının ildönümünü qeyd edib, həyatını itirən insanları xatırlayıblar. Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-ın yanında olmasını heç vaxt unutmayacağıq” – məlumatda qeyd edilib.