11 aprel 2018 01:01
1674

Narkotik maddə yeyən qoyunlar kəndin altını üstünə çevirdilər

İngiltərənin Ridipandi kəndində maraqlı hadisə qeydə alınıb.

Otlayan qoyunlar narkotik maddə yeyiblər və kəndi bir-birinə qatıblar.

Kənd nümayəndəsi Riçard bildirib ki, qoyunlar kəndə ciddi ziyan vurublar:
“Qoyunlar küçələrdə o yana bu yana qaçışır, baxçalara girir. Hətta biri evə girərək evi dağıdıb”.

Ehtimal edilir ki, qoyunlar yaxınlıqda olan qeyri-qanuni bir zavoda aid narkotik maddə qalıqlarını yeyiblər. Hadisənin təkrarlanmaması üçün polisə müraciət edilib.