20 aprel 2016 01:57
183

Qeyri-adi vergilər

Vergini hər kəs ödəyir və ödəməlidir. Məhz vergi ilə bir ölkədə pensiyalar ödənilir, xəstələr müalicə olunur və s. Amma bəzi ölkələrdə tətbiq edilən bəzi qeyri-adi vergilər eşidən hər kəsin təəccübünə səbəb olur. 

ATV Xəbər bildirir ki, Avstriyada 2013-cü ildə gips üçün vergi nəzərdə tutan qanun qəbul edilib. İndi xizəksevər turistlər tibb vergisindən əlavə, bu qeyri-adi vergini də ödəməli olurlar. Qeyd edək ki, Avstriyada ildə müxtəlif zədələrə görə gipsdə gəzən insanların sayı 150 min nəfər təşkil edir. 

Daha bir təəccübləndirən vergi İtaliyada tətbiq olunur. Venesiya şəhərində dövlət tərəfindən obyektlərin icarəsindən əlavə, ora düşən kölgə üçün də vergi alınır. Qanun qəbul edildikdən sonra şəhərin mağazalarından talvarlar, örtülər və çətirlər sürətlə yox olmağa başlayıb və nəticədə şəhərin gözəlliyi daha çox gözə çarpmağa başlayıb. 

İspaniyada günəş vergisi var. Düşünə bilərsiniz ki, günəşə görə  necə vergi tutula bilər. 2001-ci ildə İspaniyanın Balear adalarında günəş üçün vergi vacib olub. Qanun qəbul edildikdən sonra turistlər  yağışlı havada günə 1 avro vergi ödəməli olur. Qeyd edək ki, günəş vergisi dövlət büdcəsinə illik 100 milyon dollar gəlir gətirir. 

Belçikada isə kabab yeyənlər vergi ödəyir. 2007-ci ildən etibarən ölkədə qlobal istiləşməyə qarşı mübarizə məqsədi ilə hər kabab bişirmək üçün 20 avro məbləğində vergi vacib hesab edilib. Dövlət nümayəndələrinin fikrincə, kabab bişirmə zamanı atmosferə karbon qazı atıldığı üçün kababçılar öz piknikləri ilə iqlim dəyişikliklərinə səbəb ola  bilər.  Qeyd edək ki, kabab bişirənlər dövlət tərəfindən təyin edilmiş xüsusi helikopterlər vasitəsi ilə diqqətlə izlənilir.

Və sonda əmin amanlıq vergisindən danışacağıq. Qərbi Afrikada yerləşən Qvineya respublikasında hakimiyyət ölkədəki sülh və barışığı qoruyub saxlaya bilsin deyə əmin-amanlıq vergisi tətbiq edilir. Baxmayaraq ki, ölkənin heç bir dövlətlə müharibə etmir, vətəndaşlar əmin-amanlıq üçün hər il 20 dollar ödəməli olur.