"1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Bunlar Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü şəkildə mina terroru siyasətinin dəhşətli rəqəmləridir".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşımında yazıb.
"Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirməyə davam edir", - o, qeyd edib.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb