Bu qıza baxan gözlərini ondan çəkə bilmir. Səbəb isə 25 yaşlı Mariya Telnayanın dünyanın ən iri gözlərinə sahib olmasıdır.
ATV Xəbər bildirir ki, Ukraynada dünyaya gələn Mariya elə ilk gündən diqqətləri öz üzərinə çəkməyi bacarıb. Doğum evində hər kəs ananın yanına gələrək, balacanın qeyri-adi iri və rəngli gözlərinə tamaşa edir, onunla şəkil çəkirdilər. Böyüdükcə isə 25 yaşlı qız hətta ən məşhur şirkətlərin də marağına səbəb olmağı bacarıb. Hazırda dünyanın ən çox izlənilən modellərindən biri olan Mariyanın yeni gözəllik ilahəsi adlandıranlar da var.