12 sentyabr 2023 11:46
358

Liviyada sel fəlakəti: 3 mindən çox ölü, 7 min itkin...

Liviyada daşqın və sel nəticəsində həlak olanların sayı 3000 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. 

“Əl-Cəzirə” telekanalının məlumatına görə isə, təbii fəlakət səbəbindən 7000 nəfər itkin düşüb. 

Qeyd edək ki, sentyabrın 10-u Liviyanın şimal-şərqində müşahidə edilən “Daniel” siklonu ciddi fəsadlara səbəb olub. Çox sayda ev, xəstəxana və digər vacib obyektləri su basıb. Ölkədə 3 günlük matəm elan olunub.