10 aprel 2018 22:50
1107

Sosial şəbəkələrdən az istifadə etsək xoşbəxt olarıq

Kvinslend Universitetindən olan avstraliyalı tədqiqatçılar “Facebook”, “Viber”, “Twitter”, “Whattsapp” və s. kimi sosial şəbəkələrdən imtinanın insanlarda narahatlıq və stress hissini aşağı saldığını açıqlayıblar. Təcrübələrdən sonra alınan nəticələrə görə, sosial şəbəkələrdə çox vaxt keçirən insanlarda stress hormone olan kortizonun səviyyəsi aşağı düşür.

 Məşhur sosial şəbəkələrin insanların psixikasına təsirini öyrənmək üçün mütəxəssislər 138 iştirakçını iki hissəyə ayırıblar. Onların yarısına beş gün ərzində “Facebook”dan istiafədni qadağan ediblər, digər yarsına isə gündəlik sosial şəbəkədən aktiv istifadə etmək tapşırılıb. Beş gün sonra alınan nəticələr müqayisə edilib və sosial şəbəkədən uzaqlaşdırılmış qrupda stress hormonlarının xeyli azaldığı müşahidə edilib.

 Xatırladaq ki, stress hormonu olan kortizolun orqanizmdə artması immun sistemini zəiflədir, yaddaş pozğunluğuna səbəb olur. Orqanizmində bu hormonu çox olan insanlar piylənməyə meylli olurlar.