Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin 15 iyun tarixindən bəri həyata keçirdiyi 27 əməliyyat nəticəsində ümumilikdə 520 erməni sakinin Ermənistana səfəri, 380 nəfərin isə Qarabağa qayıdışı təmin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT Yanındakı Daimi Nümayəndəliyinin təşkilatın xüsusi sessiyasına təqdim etdiyi bəyanatında qeyd olunub.
Qeyd edilib ki, bu əməliyyatlar üçün hər iki istiqamətdə BQXC-nin avtomobillərinin 425 dəfə keçidi təmin edilib.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb