"BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq".
“İki sahil” xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında "Report"un müxbirinin Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualını cavablandırarkən deyib.
Sözçü əlavə edib ki, BMT baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır. (Report)
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib