13 sentyabr 2023 12:23
214

İran MN: Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma baş verməyəcək

İran hesab edir ki, Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə hərbi qarşıdurma baş verməyəcək.

"İki sahil" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmmədrza Aştianinin deyib.

“Biz Qafqazda müharibə olmayacağına inanırıq və bu məsələdə İranın mövqeyini açıq şəkildə bəyan etmişik. Biz dövlətlərarası sərhədlərin dəyişdirilməsini qəbul etmirik, yaxın gələcəkdə regionda ciddi heç nə baş verməyəcəyinə inanırıq”.