"Ermənistan 30 illik işğal dövründə müharibə cinayətləri törətdi, insan hüquqlarını pozaraq uşaqlar, yaşlılar və qadınları istisna etmədən etnik təmizləmə həyata keçirdi".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.
O, ermənilərin azərbaycanlılara qarşı aqressiyasının faciə ilə nəticələndiyini, minlərlə azərbaycanlının hüquqlarının əllərindən alındığını vurğulayıb.
"Ermənistanın aqressiyası faciə ilə nəticələndi. 100 minlərlə azərbaycanlı yaşamaq, təhsil almaq, sağlamlıq hüquqlarından məhrum oldu", - nazir əlavə edib.
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib