“Türkiyə Zəngəzur dəhlizi üzərindən Naxçıvan vasitəsilə Azərbaycana birbaşa çatmağı arzulayır və cəhdlərini davam etdirir”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Dövlət nəqliyyat idarəsinin baş direktoru Ufuk Yalçın İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsindəki açıqlamasında bildirib.
Ufuk Yalçın deyib ki, bunun reallaşdırılması üçün fəaliyyətlər davam etdirilir: “Daşlar yerinə oturacaq və biz qardaş Azərbaycana Bakı-Tbilisi-Qars dəmiryolunun alternativi olaraq Zəngəzur dəhlizi vasitəsi ilə də nəqliyyatın asanlaşmasına nail olacağıq”.
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib