Azərbaycanın regional, beynəlxalq sülh və inkişaf təşəbbüsləri haqqında xarici jurnlistlərə məlumat verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X"-də paylaşım edib.
O, İsveçrəyə səfəri zamanı BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün brifinq verməkdən məmnun olduğunu söyləyib. Həmçinin, regiondakı reallıqları düzgün və peşəkar şəkildə anlamaq və çatdırmaq üçün medianın məsuliyyətini vurğulayıb.
"İsveçrəyə səfərim zamanı BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün brifinq verməkdən məmnun oldum. Brifinqdə Azərbaycanın regional, beynəlxalq sülh və inkişaf təşəbbüsləri haqqında məlumat verilib. Regiondakı reallıqları düzgün və peşəkar şəkildə anlamaq və çatdırmaq üçün medianın məsuliyyəti vurğulanıb", - paylaşımda qeyd edilib.
Was glad to give a briefing for @ACANU_Geneva w/in my visit to #Switzerland. Informed about #Azerbaijan's regional & international peace & development initiatives. Emphasized responsibility of media to understand & deliver realities in region in a correct & professional manner. pic.twitter.com/xKMfxsLXDI
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 13, 2023
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib