14 sentyabr 2023 12:20
263

Paşinyanın partiyası İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə mübahisəli məqamları açıqlayıb

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi İrəvan və Bakının sülh müqaviləsi layihəsi üzrə hələlik razılığa gələ bilmədiyi əsas məqamları açıqlayıb.

“İki sahil” xəbər verir ki, partiyanın katibi Artur Hovhannisyanın sözlərinə görə, həmin məqamlar arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın suverenliyinin qorunması yer alır.

Hovhannisyan jurnalistlərə bildirib ki, bəzi təfərrüatların indi ictimaiyyət üçün işıqlandırılmasına ehtiyac yoxdur.