Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbulda keçirilən Türk Dünyası Biznes Forumda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elvin Əliyev bildirib.
O qeyd edib ki, Azərbaycan hazırda bu dəhlizin açılması üçün işləri davam etdirir və TDT çərçivəsində nəqliyyat sahəsinə yatırımların artması vacibdir.
Onun sözlərinə görə, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb və bu sadəcə TDT-yə üzv ölkələrinin deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfədir.
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Deputat: Son illərdə Azərbaycanın türk dünyasında oynadığı rol nəzərəçarpacaq dərəcədə artıb