10 aprel 2018 00:26
1143

Banandan incəsənət əsərləri

Hollandiyalı rəssam Stefan Bruşe adi bananlardan istifadə edərək, məşhur əsərlərin surətini, filmlərdən kadrları, müxtəlif heyvanların və məşhurların fiqurlarını yaradır.

O, öz yaradıcılığı üçün yalnız bıçaq, boya və qələmindən istifadə edir.

Rəssam öz əsərləri “İnstagram” sosial şəbəkəsində paylaşır, orada onun 80 mindən çox abunəçisi var.