15 sentyabr 2023 12:43
278

İtaliyada “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfrans keçiriləcək

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 17-də “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcək.

Bu barədə "İki sahil"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputat konfransın işində iştirak edəcək, tədbirin mövzusuna dair müzakirələrə qatılacaq.

Səfər sentyabrın 19-da başa çatacaq.