20 aprel 2016 21:34
225

Selfi qurbanı: "And olsun Allaha ki, bir də belə axmaqlıq etməyəcəyəm"

"And olsun Allaha ki, bir də belə axmaqlıq etməyəcəyəm. Niyə aşağı düşdüyümü anlayıram, amma bu qərarın nə qədər təhlükəli olduğunu indi dərk edirəm".

Türkiyənn Samsun şəhərinin Atakum rayonunda selfi çəkən, bu zaman qəflətən aşağı, qayaların arasına düşən mobil telefonunu götürmək üçün aşağı düşən və ölüm təhlükəsi ilə üzbəüz qalan 21 yaşlı Sevilay Kaya belə deyib.

Milli.Az AHT-yə istinadən bildirir ki, Ondokuz Mayıs Universitetinin pedaqogika fakultəsinin tələbəsi olan Sevilay Kaya dünən iki rəfiqəsi ilə birlikdə Kurupelit Məhəlləsinə, dəniz sahilinə gəzintiyə yollanmışdı. Burada yaxta tərsanəsində selfi çəkmək istəyən Sevilayın mobil telefonu 4 metr yüksəklikdən qayalığa düşüb.

Sevilay telefonunu götürmək üçün aşağı düşüb, amma qayaların arasında sıxılıb qalıb. Onu hadisə yerinə çağırılmış yanğınsöndürənlərlə polislər xilas ediblər.

Polis olayla bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, ilin əvvəlindən bəri Türkiyədə selfi çəkmək istəyən şəxslər arasında 3 nəfər həlak olub, 11 nəfər yaralanıb.