İngiltərədə məşhur illüziyaçı Derren Braun növbəti dəfə hazırladığı zaratafatı ilə hamını qorxudub.
"ATV Xəbər" bildirir ki, tez-tez müxtəlif şouları ilə diqqət mərkəzinə düşən sehrbaz, bu dəfə əcaib məxluq formasında insanların qarşısına çıxıb.
İş yeri, park, lift baxça və digər məkanlarda qəflətən insanların qarşısında peyda olan illüziyaçı görkəmi ilə hamını təşvişə salıb. Əcaib görkəmli məxluqla qarşılaşan piyadalar nə olduğunu anlamadan qaçaraq ərazidən uzaqlaşıb. Braun qəribə səslər səsləndirərək insanların diqqətini həmin istiqamətə cəlb edib. Daha sonra illüziyaçı qəfildən ortalığa çıxaraq insanların üzərinə şığıyıb.
Braun bundan əvvəl də dəfələrlə oxşar zarafatları ilə diqqət mərkəzinə düşüb. Tez-tez zombi görkəmində insanların qarşısında peyda olan şəxsin belə qorxulu zarafatları cəmiyyət tərəfindən birmənalı qarşılanmır.