21 aprel 2016 01:21
758

Təkərli mənzillər satışa çıxarıldı

Dünyanın müxtəlif şəhərlərində yaşayan insanların ən önəmli problemlərindən biri də özlərinə məxsus yaşayış evlərinin olmamasıdır. Maddi çətinlikləri nəzərə alsaq, insanların əksəriyyəti bu problemi həll etməkdə çətinlik çəkir. Hollandiyanın Amsterdam şəhərində nümayiş olunan təkərli kiçik evlər, insanların mənzil probleminin aradan qaldırılmasında önəmli rol oynaya bilər. Müxtəlif qiymətlərə satılan evlər dizaynı ilə göz oxşayır.

"ATV Xəbər" bildirir ki, təkərli evlərin ən ucuzu 3500  avroya satılır. Ən bahalı evin qiyməti isə 70 min avrodur. Müxtəlif materiallardan hazırlanan evlər, insanın yaşadığı mühitə uyğun olaraq da dizayn edilə bilir. Bu da şəhər ətrafında insanların rahat şəkildə yaşamasına şərait yaradır. Evin sahəsi 18 kv metrdir. Amma mənzilin içinin dizaynı, insanda otağın sanki 30-40 kvadrat metr olduğu təəssuratını yaradır.

3D printerlərlə hazırlanan evlərin hündürlüyü 4 metrə çatır. Bir və ya iki mərtəbədən ibarət olan mənzillər olduqca kiçik məsafəni əhatə etdiyindən onları bir çox yerdə park etmək mümkündür. Nümayişə çıxarılan evlər insanlar tərəfindən böyük maraqla qarşılanıb.