21 aprel 2016 01:02
137

Sükan arxasında yatdı

Tailandda motosiklet idarə edən gəncin sükan arxasında yuxulaması ona baha başa gəlib.

"ATV Xəbər" bildirir ki, motosikletin hərəkətdə olmasına baxmayaraq, dərin yuxuya gedən şəxs, sözün əsl mənasında Allahın ümidinə qalıb. Gah sağa, gah da sola doğru hərəkət edən motosiklet hərəkətini bir müddət belə davam etdirib. Bir neçə dəfə qəzaya yaxın olsa da, xoşbəxtlikdən heç bir avtomobil motosikletlə toqquşmayıb. Sonda motosiklet yolun solundakı maneələrdən birinə çırpılaraq yerə aşıb. Motosikletçi isə elə də ciddi xəsarət almayıb. Ətrafdakıların ilkin yardımından sonra o ayağa qalxa bilib.