21 aprel 2016 00:18
157

Belini incəltmək üçün 120 min dollar xərclədi

Dünyanın müxtəlif ölkələrində eşidənləri təəccübləndirən xüsusiyyətə, görünüşə malik insanlara rast gəlmək mümkündür. Təbii ki, bu qəribəlik də onların dünyanın hər yerində tanınmasına, xəbər mövzusu olmasına gətirib çıxarır.

Bu xəbərimizin qəhrəmanı İsveçrə sakini Pixee Foks kimi.

Onu xəbər mövzusu edən isə incə belidir. Bu cür belə sahib olmaq isə Pixee-yə heç də asan olmayıb. Bunun üçün dəfələrlə cərrah masasına uzanan xanım, əməliyyatlara nə az, nə çox 120 min dollar xərcləyib. Belinin ölçüsü 40 santimetrə çatsa da, hələ də istəyinə tam çatmadığını deyən Pixee Foks indi gec-gündüz pəhriz saxlayır, 24 saat karsetlə gəzir.