Qeyri-adi qadağaları ilə daim dünyanın diqqətində olan Şimali Koreya lideri Kin Çen İn bu dəfə də beynəlxalq ictimaiyyəti təəccübləndirməyi bacarıb. O, rəhbəri olduğu ölkədə vətəndaşlara cins şalvar və gödəkçələr geyinməyi qadağan edib.
ATV.az xarici mediaya istinadən bildirir ki, yeni qərar bu gündən qüvvəyə minir. Ölkə qanunlarına əsasən, bu geyimdə küçədə görünən istənilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə olunacaqlar. Çinlə sərhəd ərazilərdə - Şimali Hamgyonqda və Yanqangda nəzarət daha da gücləndirilib. Şimali Koreya lideri qərarını onunla əsaslandırıb ki, cins şalvarlar qərb dövlətlərinə və kapitalist həyat tərzinə aid bir geyimdir. Bu üzdən ondan Şimali Koreyada istifadə etmək olmaz.