16 sentyabr 2023 22:17
819

Amerikansayağı haqq-ədalət

Amerika dünyanın sakit, həyatı öz axarında gedən ölkələrində “demokratiya” gətirmək adı ilə qarşıdurmalar, münaqişə ocaqları yaradan, münaqişə olan bölgələrinə isə “tənzimləyici” kimi müdaxilə edən bir ölkədir. Siyasətinin mərkəzində ancaq öz maraqlarını təmin etmək üçün ikilistandartlar və riyakarlığı metod seçən bu ölkə  “ağa mənəm, mən deyən olmalıdır” prinsipindən əl çəkə bilmir. Amerika özünü Ukrayna, Moldova və  Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən kimi göstərir, Abxaziyanın, Cənubi Osetiyanın  Gürcüstan, Dnestryanının Moldova, Donbas və Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu bəyan edir. Adı qeyd olunan ölkələrə bütün beynəlxalq platformalarda da dəstək verir. Şübhəsiz ki, bunu öz siyasi məqsədlərinə nail olmaq üçün edir. Doğurdanmı Amerika ədalət, haqqın bərqərar olmasının tərəfdarıdır? Əsala yox! Əgər Amerika həqiqətən də ölkələrin ərazi bütövlüyünə səmimi formada dəstək verən ölkədirsə nə üçün bəs ərazisinin 20 faizi 30 ilə yaxın müddətdə işğal altında qalan Azərbaycana heç bir dəstək vermədi? Nədir bu ayrı-seçkiliyinin səbəbi?

ABŞ Azərbaycanın ərazi bütövlüyünə ancaq sözdə dəstək ifadə etməklə kifayətlənib. Əməldə isə Ermənistana və Qarabağdakı separatçı rejimə dəstək verilib, işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atılıb. ABŞ-ın ikilistandartlara əsaslanan riyakar siyasəti bu gün də davam edir. Bir sözlə, bu ölkə üçün haqq-ədalətin deyil, öz maraqlarının təmin olunması önəmlidir. 

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının əməkdaşı