17 sentyabr 2023 01:10
452

Paris merinin erməni əsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib

Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən Assosiasiyalar Forumunda Azərbaycanın stendinin qarşısında Paris merinin erməni əsilli köməkçisi təxribat törətməyə çalışıb.

Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.

Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.

Qeyd edək ki, Azərbaycan Fransanın paytaxtı Parisin 15-ci rayonunda keçirilən Assosiasiyalar Forumunda təmsil olunub. Azərbaycanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyası təmsil edib.

“Report”