Təəssüf ki, Ermənistanın əsir, girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı addımları beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir, onlara qarşı hər hansısa addımlar atılmayıb.
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, Qriqoryan adlı general vardı ki, o açıq şəkildə etiraf edib ki, evində azərbaycanlı əsiri bir ilə yaxın kölə kimi saxlayıb.
“Amma, dediyimiz kimi, bunların heç biri qınanılmır. Ermənistanda kütləvi məzarlıqların yerləri var, lakin Ermənistan bu istiqamətdə əməkdaşlıq etməkdən imtina edir", - deyə Həbib Mikayıllı bildirib.
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər