Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.
“İki sahil” xəbər verir ki, separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.
Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngitdilər.
Azərbaycanın prinsipial mövqeyi növbəti dəfə qalib gəldi.
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər