18 sentyabr 2023 10:38
448

Mask Ərdoğanla görüşə oğlu ilə gəldi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb.

“İki sahil” “NTV”yə istinadla xəbər verir ki, görüş Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutub.

Məlumata görə, görüş zamanı Ərdoğan İlon Maska “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib.

Bununla yanaşı, Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib.

Görüş mətbuata qapalı keçirilib.

Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib. Türkiyə Prezidenti Maskın oğluna futbol topu hədiyyə edib.